Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsində ə...
21:33 19.04.2026
0
0
0
NAXÇIVAN :
20 Aprel 2026, Bazar ertəsi
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin
əməkdaşları tərəfindən Naxçıvan şəhərində "Təmiz hava" aylığı tədbiri keçirilib.
Tədbir çərçivəsində xüsusi cihaz vasitəsilə daxiliyanma mühərrikli nəqliyyat vasitələrindən çıxan qazların tərkibindəki zərərli maddələrin miqdarı ölçülüb.
Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Ayaz İsmayılov kütləvi informasiya vasitələrinə açıqlama verərək reydin keçirilməsində əsas məqsədin atmosferə atılan zəhərli maddələrin minimuma endirilməsi və bu barədə sürücülərin maarifləndirilməsi olduğunu bildiriblər: "Oktyabr ayının 20-dən noyabr ayının 20-dək Naxçıvan Muxrar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə muxtar respublika ərazisində reyd yoxlaması keçirir. Reyd yoxlamasının keçirilməsində əsas məqsəd avtonəqliyyat vasitələrindən ətraf mühitə atılan zərərli maddələrinin miqdarını ölçməkdir. Reydimizin adı "Təmiz hava" aylığıdır. Məlumat üçün bildirim ki, ölkəmizdə olan nəqliyyat vasitələrinin ətraf mühitə atılan zərərli maddələrin 88 faizi məhz avtomobillərin payına düşür. Reyd zamanı nəqliyyat vasitələrinin texniki vəziyyəti, xüsusən də mühərrik və yanacaq sistemlərinin sazlığı yoxlanılır. Sürücülərə, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə avtomobillərini texniki cəhətdən saz vəziyyətdə saxlamağı tövsiyə edirik. Əks halda, qeyd etdiyimiz tələblərə cavab verməyən avtomobil sürücüləri inzibati xətalar məcəlləsinin 242.5-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə olunacaq".
Digər xəbərlər