NAXÇIVAN :

20 Aprel 2026, Bazar ertəsi

Avropa Liqası: "Fənərbağça" öz meydanında Almaniya klubunu məğlub edib

...

Türkiyənin "Fənərbağça" klubu UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

"Şərq qapısı" xəbər verir ki, İstanbul təmsilçisi Liqa mərhələsinin III turunda Almaniyanın “Ştutqart” komandasını qəbul edib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 34-cü dəqiqədə penaltidən Kərəm Aktürkoğlu vurub.

Bu qələbədən sonra xallarını 6-ya çatdıran "Fənərbağça" 11-ci pilləyə yüksəlib. "Ştutqart" isə 3 xalla 25-ci sırada qərarlaşıb.

Nəşr edilib : 23.10.2025 22:57