NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

ATƏT sədri Azərbaycana səfər edəcək

...

Finlandiyanın xarici işlər naziri, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri Elina Valtonen Azərbaycana səfər edəcək.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Finlandiya XİN məlumat yayıb.

Bildirilib ki, Elina Valtonen oktyabrın 13-15-də Azərbaycan, Ermənistan və Gürcüstanda səfərdə olacaq.

Bu, onun ATƏT-in fəaliyyətdə olan sədri kimi Cənubi Qafqaza ilk səfəridir.

Nəşr edilib : 10.10.2025 14:36