NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

AMEA rəhbəri: Humanitar və İctimai Elmlər bölmələrində Azərbaycan dili ilə bağlı tədqiqatlar ön mövqeyə çıxarılıb

...

Elmi mühitimiz üçün Prezident İlham Əliyevin ötən il noyabrın 3-də Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında dərinməzmunlu, proqram xarakterli parlaq nitqi ilə Azərbaycan elminin, AMEA-nın mükəmməl yol xəritəsi müəyyən edilib.

"Şərq qapısı" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli AMEA-nın illik Ümumi yığıncağında söyləyib.

Akademik vurğulayıb ki, dövlətimizin başçısının Azərbaycan dilinin təhlükəsizliyinin qorunması, daxili imkanlar hesabına zənginləşdirilməsi haqqındakı çağırışlarına cavab olaraq ana dili – dövlət dilinin əsas amil olduğu Akademiyanın Humanitar və İctimai Elmlər bölmələrinin elmi-tədqiqat institutlarında bu məsələ ön mövqeyə çıxarılıb, bir çox əhəmiyyətli tədqiqatların icrası daha da aktivləşdirilib.

Nəşr edilib : 25.02.2026 14:14