NAXÇIVAN :

03 May 2026, Bazar

AMEA-nın Rəyasət Heyəti “Heydər Əliyev Ensiklopediyası”nın çapa hazırlanması haqqında qərar qəbul edib

...

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Akademiyadan  bildirilib ki, iclasda “Heydər Əliyev Ensiklopediyası”nın çapa hazırlanması müzakirə olunub. Məsələ ilə bağlı AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, Rəyasət Heyəti tərəfindən ötən müddət ərzində “Heydər Əliyev Ensiklopediyası”nın hazırlanmasına dair müvafiq qərarlar qəbul edilib, əsas icraçı qurum kimi “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi müəyyən olunub. Belə ki, Elmi Mərkəz tərəfindən 12 bölmə üzrə ensiklopediyanın sözlüyü hazırlanaraq Rəyasət Heyətinin qərarı ilə yaradılmış komissiya tərəfindən geniş müzakirə olunub.

AMEA rəhbəri vurğulayıb ki, təqdim olunmuş sözlük Rəyasət Heyəti tərəfindən təsdiq edilib və bunun əsasında “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin əməkdaşları “Heydər Əliyev Ensiklopediyası”nı hazırlamağa başlayıblar. Qısa müddət ərzində Mərkəz tərəfindən “Heydər Əliyev Ensiklopediyası”nın yüksək səviyyədə hazırlandığını deyən akademik İ.Həbibbəyli ensiklopediyanın ilkin variantını iclas iştirakçılarına təqdim edib. Qeyd edib ki, “Heydər Əliyev Ensiklopediyası” hazırda redaktə mərhələsindədir və üçaylıq tamamlama işlərindən sonra “Elm” nəşriyyatı tərəfindən yüksək keyfiyyətlə çap olunaraq ictimaiyyətə təqdim ediləcək.

“Heydər Əliyev Ensiklopediyası”nın yüksək səviyyədə çapa hazırlanması haqqında Rəyasət Heyəti tərəfindən qərar qəbul olunub.

Nəşr edilib : 01.05.2026 10:37