150 yaşlı maarifçilik, azad söz, müstəqil mətbuat ...
23:57 02.05.2025
0
0
0
NAXÇIVAN :
03 May 2025, Şənbə
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclasında müzakirə edilən məsələlərdən biri AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda ingilis dilində “Azərbaycan arxeologiyası və antropologiyası” jurnalının təsis edilməsi haqqında olub.
"Şərq qapısı" xəbər verir ki, bu barədə AMEA-dan məlumat verilib. İclasda akademiyanın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun ölkə ərazisində apardığı arxeoloji və antropoloji tədqiqatların nəticələrinin elmi ictimaiyyətə geniş şəkildə çatdırılması, elmi yeniliklərin populyarlaşdırılması, arxeologiya elminin müxtəlif nəzəri problemlərinin aktuallaşdırılması məqsədilə ingilis dilində, müasir çağırışlara cavab verən “Azerbaijan Archaeology and Anthropology” (Azərbaycan arxeologiyası və antropologiyası) jurnalının təsis edilməsi zərurəti yaranıb. Jurnalda işğaldan azad olunmuş tarixi torpaqlarımızda müxtəlif arxeoloji tədqiqatlar, dünya arxeologiya elmində baş verən yeniliklər, eləcə də arxeologiya ilə yanaşı, numizmatika, antropologiya və epiqrafika elmlərinə dair məqalələrin və araşdırmaların yer alması da nəzərdə tutulur.
Qeyd olunanları nəzərə alaraq, sözügedən jurnalın təsis olunması haqda qərar verilib və redaksiya heyətinin tərkibi təsdiqlənib.
Həmçinin Azərbaycanın maddi-mədəni irsinin təbliği, ölkəmizin müxtəlif ərazilərində aparılan qazıntı işlərinin nəticələri, aşkar edilmiş maddi mədəniyyət abidələri, onların tarixi, aparılan arxeoloji qazıntılar haqqında məlumatların geniş ictimaiyyətə çatdırılması məqsədilə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda “Arxeoloji irs” jurnalı təsis edilib və redaksiya heyətinin tərkibi təsdiq olunub.
Digər xəbərlər