NAXÇIVAN :

20 Aprel 2026, Bazar ertəsi

Almaniya parlamentində Azərbaycanın sülh və sabitliyin möhkəmlənməsində mühüm rolu müzakirə olunub

...

Almaniya parlamentində Azərbaycanın sülh və sabitliyin möhkəmlənməsində mühüm rolu müzakirə olunub.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"dəki hesabında yazıb.
O, qeyd edib ki, Almaniya parlament cəmiyyətində nüfuzlu hökumət nümayəndələrinin, Bundestaqın, analitik mərkəzlərin və aparıcı KİV-lərin iştirakı ilə maraqlı müzakirə keçirilib. "Biz dəyişən regional və qlobal dinamika şəraitində sülhün, sabitliyin və qarşılıqlı əlaqənin möhkəmlənməsində Azərbaycanın mühüm rolunu müzakirə etdik", - H.Hacıyev qeyd edib.

Nəşr edilib : 15.10.2025 23:40