Pakistanın Baş naziri mayın 25-30-da Azərbaycan da...
18:28 23.05.2025
0
0
0
NAXÇIVAN :
23 May 2025, Cümə
“Prezident İlham Əliyevin Budapeştdəki Zirvə görüşündə səsləndirdiyi fikirlər Azərbaycanın Türk dünyasındakı önəmli rolunu bir daha təsdiqlədi. Ölkə başçımızın qeyd etdiyi kimi, Azərbaycan ilə Macarıstan arasında formalaşan sıx tərəfdaşlıq münasibətləri, Macarıstanın müstəqil siyasəti və Türk Dövlətləri Təşkilatı çərçivəsindəki əməkdaşlıq, regionda yeni geosiyasi və iqtisadi reallıqların formalaşmasına xidmət edir".
Bu sözləri "Şərq qapısı"na açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Xəzəngül Orucova deyib.
Deputat qeyd edib ki, türk dövlətləri ilə nəqliyyat və tranzit sahəsində əməkdaşlığın güclənməsi, Azərbaycanın bu istiqamətdə atdığı strateji addımlar – istər Bakı-Tbilisi-Qars dəmir yolunun gücləndirilməsi, istərsə də Xəzər dənizi üzərindən həyata keçirilən daşımaların həcminin artırılması – ölkəmizi Avrasiyanın mühüm nəqliyyat qovşaqlarından birinə çevirir. Bu isə yalnız Azərbaycanın deyil, bütün türk dövlətlərinin iqtisadi maraqlarına uyğundur. Eyni zamanda Azərbaycanın COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etməsi, burada qəbul olunan tarixi qərarlar və xüsusilə inkişaf etməkdə olan ölkələr üçün maliyyə imkanlarının artırılması istiqamətindəki razılaşmalar, ölkəmizin qlobal iqlim gündəliyində lider rol oynadığını göstərir. Bu uğurlar "Bakı sıçrayışı" kimi tarixə düşüb.
"Bütün bu faktlar Azərbaycanın nəinki regional, eyni zamanda beynəlxalq aləmdə etibarlı tərəfdaş və aparıcı dövlətə çevrildiyini sübut edir. Bu nailiyyətlər xalqımızın haqlı qürur mənbəyidir və biz, parlament üzvləri olaraq, bu siyasəti dəstəkləyir, Türk dünyasının birliyinə və həmrəyliyinə yönələn bu çağırışları yüksək qiymətləndiririk”, – deyə Xəzəngül Orucova əlavə edib.
Digər xəbərlər