NAXÇIVAN :

03 May 2026, Bazar

Akademik Zərifə Əliyevanın xatirəsi anılıb

...

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günü münasibətilə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyi tərəfindən “Böyük alim, vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana” mövzusunda dəyirmi masa keçirilib.

"Şərq qapısı" xəbər verir ki, bu barədə daimi nümayəndəlikdən məlumat verilib.

Tədbirdən əvvəl daimi nümayəndəliyin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək önünə gül dəstələri qoyub. Daha sonra ziyarətçilər görkəmli alim Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarı üzərinə tər çiçəklər düzüblər.

Dəyirmi masada çıxış edənlər akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminə verdiyi töhfələrdən, oftalmologiya sahəsində əldə etdiyi uğurlardan və zəngin elmi irsindən bəhs ediblər. Qeyd olunub ki, o, yalnız görkəmli alim kimi deyil, həm də vəfalı ömür-gün yoldaşı və qayğıkeş ana kimi yaddaşlarda yaşayır.

Nəşr edilib : 27.04.2026 13:15