NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Ağ evdə Trampla Netanyahu arasında görüş keçirilir

...

Ağ evdə ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında görüş keçirilir.
"Şərq qapısı"nın məlumatına görə, ABŞ Prezidenti Baş naziri Ağ evin qarşısında salamlayıb. Daha sonra tərəflər arasında görüş başlayıb. Görüşdə Qəzzada müharibənin bitməsi ilə bağlı 21 maddəlik həll planının müzakirəsi gözlənilir. Həmçinin müzakirələrdə Fələstinin müstəqilliyini tanıyan ölkələrinin sayının artması fonunda ABŞ-ın İsrailə dəstəyi barədə danışılacağı nəzərdə tutulub. Sonda tərəflər mətbuat konfransı keçirəcəklər.

Nəşr edilib : 29.09.2025 19:59