NAXÇIVAN :

01 May 2025, Cümə axşamı

ABŞ-də 7 maqnitudada zəlzələ olub

...

ABŞ-də 7 maqnitudada zəlzələ olub.
“Şərq qapısı” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, təbii hadisə Kaliforniya ştatında qeydə alınıb.
Məlumata görə, yeraltı təkanların episentri 12 min nəfərin yaşadığı Fortuna şəhərindən 56 km cənub-qərbdə, zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Nəşr edilib : 05.12.2024 23:49