Bakı Marafonu 2026” başlayır
10:05 03.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
2026-cı ilin yanvar-fevral aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 223 milyon 687 min 300 manat olmuşdur ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 1,0 faiz artaraq 473,5 manat olmuşdur.
***
Cari ilin yanvar-fevral aylarında muxtar respublikada 84 milyon 463 min 100 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2025-ci ilin müvafiq dövründəki göstəricidən 17,8 faiz çoxdur. Sənaye məhsulunun 68 milyon 227 min 700 manatı və ya 80,8 faizi malların, 16 milyon 235 min 400 manatı və ya 19,2 faizi isə xidmətlərin payına düşmüşdür.
Sənaye məhsulunun 76,5 faizi emal, 21,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
***
2026-cı ilin yanvar-fevral aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 milyon 659 min 700 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 48,9 faiz çoxdur.
İstifadə olunmuş vəsaitin 801 min 700 manatı və ya 14,2 faizi məhsul istehsalı sahələrinə, 4 milyon 707 min 900 manatı və ya 83,2 faizi xidmət sahələrinə, 150 min 100 manatı və ya 2,6 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Əsas kapitala vəsait qoyuluşunun 848 min 900 manatı və ya 15,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 31,8 faiz azdır.
***
Cari ilin yanvar-fevral aylarında muxtar respublikada 17 milyon 710 min 800 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bunun da 54 min 800 manatı bitkiçilik sahəsi üzrə, 17 milyon 656 min manatı isə heyvandarlıq sahəsi üzrə olmuşdur. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,5 faiz artmışdır.
***
2026-cı ilin yanvar-fevral aylarında muxtar respublikada nəqliyyat sektorunda 1 milyon 76 min ton yük, 7 milyon 381 min 200 sərnişin daşınmışdır. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,2 faiz, sərnişin daşınması isə 1,0 faiz artmışdır.
***
Cari ilin yanvar-fevral aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 57,2 faiz azalaraq 2 milyon 766 min 800 manat olmuşdur. Xidmətlərin 36,7 faizi qeyri-dövlət sektorunda formalaşmışdır.
***
2026-cı ilin yanvar-fevral aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 245 milyon 974 min 800 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çoxdur. Ticarət şəbəkəsində 126 milyon 923 min manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 119 milyon 51 min 800 manatlıq qeyri-qida məhsulları satılmışdır.
***
Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 48,8 faiz artaraq 2026-cı il fevral ayının 1-nə milli valyuta ekvivalentində 39 milyon 436 min manat təşkil etmişdir. Əmanətlərin 93,5 faizi milli, 6,5 faizi xarici valyutada qoyulmuş, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 49,1 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 43,8 faiz artmışdır.
***
Cari ilin yanvar-fevral aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 20 milyon 506 min 300 ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 2 milyon 285 min 420 dollarını və ya 11,1 faizini ixrac olunmuş məhsulların, 18 milyon 220 min 880 dollarını və ya 88,9 faizini isə idxal məhsullarının dəyəri təşkil etmişdir. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 21,2 faiz, o cümlədən idxal 15,5 faiz, ixrac isə 98,2 faiz artmışdır.
***
2026-cı ilin yanvar-fevral aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 34 milyon 427 min 400 manat olmuşdur ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz azalmışdır.
***
2026-cı ilin yanvar ayında muxtar respublikada ortaaylıq nominal əməkhaqqı 812,1 manat olmuşdur ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur.
***
1 fevral 2026-cı il tarixə muxtar respublikada əhalinin sayı 2025-ci ilin müvafiq dövrünə nisbətən 1393 nəfər və ya 0,3 faiz artaraq 472 min 444 nəfər olmuşdur.
Digər xəbərlər