NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

2025-ci ildə Naxçıvan Dövlət Universitetinə 252 nəfər işə qəbul olunub

...

“Şərq qapısı” xəbər verir ki, Naxçıvan Dövlət Universitetində media nümayəndələri üçün keçirilən brifinqdə universitetin rektoru Elbrus İsayev 2025-ci il ərzində həyata keçirilən kadr islahatları barədə məlumat verib.
Rektorun sözlərinə görə, cari ildə universitetə 252 nəfər işə qəbul olunub. Qəbul edilən əməkdaşlar, əsasən, akademik, inzibati və texniki sahələri əhatə edir. Bu addım ali təhsil müəssisəsində tədrisin keyfiyyətinin yüksəldilməsinə, elmi potensialın gücləndirilməsinə və idarəetmənin daha səmərəli qurulmasına xidmət edir.
Elbrus İsayev qeyd edib ki, kadr seçimində peşəkarlıq, ixtisas uyğunluğu və müasir təhsil tələblərinə cavab vermə əsas meyarlar kimi götürülüb. O, qarşıdakı dövrdə də universitetdə islahatların davam etdiriləcəyini, insan resurslarının inkişafına xüsusi önəm veriləcəyini vurğulayıb.

Nəşr edilib : 30.01.2026 20:05