NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

20 sentyabr – Dövlətçiliyimizin qələbə səhifəsi

...

Azərbaycan xalqı üçün 20 sentyabr tarixi əbədiyyətə yazılmış qürur günüdür. Bu gün müstəqilliyimizin tam bərpasını, milli həmrəyliyimizin gücünü və dövlətçiliyimizin sarsılmazlığını təcəssüm etdirir.

Bu fikirləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevil Hacıyeva KİV-ə açıqlamasında bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin şəhər günü kimi təsis olunması həm tarixi ədalətin bərpası, həm də suverenliyimizin əbədiləşdirilməsi baxımından xüsusi önəm daşıyır. “Bu günlər bizə 30 illik həsrətin bitdiyini, xalqımızın qanı-canı bahasına qazanılmış zəfərin əbədi olduğunu xatırladır. Dövlətimizin başçısının qətiyyətli iradəsi ilə hər bir torpağımız dirçəlir, həyat yenidən canlanır”, – deyə Sevil Hacıyeva bildirib.

Deputat vurğulayıb ki, 20 sentyabrın mahiyyəti yalnız keçmişə qayıdış deyil, həm də gələcəyə inamdır. “Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə bayrağımızın ucaldılması, Qarabağ Universitetinin yaradılması, beynəlxalq tədbirlərin bölgədə təşkili Azərbaycanın regionda yeni mərkəz formalaşdırdığını göstərir. Bu gün xalqımızın quruculuq əzmi və milli birliyi Azərbaycanın gələcəyini daha da parlaq edir”.

Nəşr edilib : 17.09.2025 18:09