NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Zərifə xanım Əliyevanın anım gününə həsr olunan oftalmoloji müayinələr təşkil olunub

...

Z.Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası və Naxçıvan Sağlamlıq Mərkəzi publik hüquqi şəxslərinin həkim-oftalmoloqları tərəfindən əhali arasında oftalmoloji müayinələr həyata keçirilib. 
"Şərq qapısı" xəbər verir ki, təşkil edilən oftalmoloji müayinələrin əsas məqsədi əhali arasında göz xəstəliklərinin erkən aşkarlanması, görmə problemlərinin vaxtında diaqnostikası və profilaktikası, vətəndaşların oftalmoloji xidmətlərə əlçatanlığının artırılması və Zərifə xanım Əliyevanın tibb elminə verdiyi töhfələrin təbliği və yad edilməsidir.
​Aksiya zamanı vətəndaşlara ixtisaslı həkimlər tərəfindən peşəkar tibbi xidmət göstərilib, müayinələrdə iştirak etmək istəyən şəxslərin əvvəlcədən poliklinikaya müraciət edərək qeydiyyatdan keçmələri təmin olunub.
​Keçirilən müayinələr nəticəsində müxtəlif yaş qrupları üzrə, ümumilikdə, 73 vətəndaş müayinədən keçirilib, ilkin diaqnoz qoyulan xəstələr əlavə müayinələrə cəlb edilib.

Nəşr edilib : 15.04.2026 19:57