Экспорт автономной республики вырос на 38,5 процен...
13:02 21.04.2026
0
0
0
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə təşkil olunan oftalmoloji müayinə aksiyaları uğurla davam edir.
"Şərq qapısı" xəbər verir ki, növbəti aksiya Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı, eyni zamanda Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının dəstəyi ilə “Naxçıvan Sağlamlıq Mərkəzi” PHŞ-də təşkil edilib.
20-22 aprel tarixlərini əhatə edən aksiya çərçivəsində Milli Oftalmologiya Mərkəzinin oftalmoloqu, Ph.D Dr. Sənan Kərimzadə tərəfindən vətəndaşlara oftalmoloji müayinələr və müalicə xidmətləri göstərilir.
Aksiyanın ilk günü – 20 aprel tarixdə, ümumilikdə, 35 vətəndaş müraciət edib. Müraciət edənlərdən 34 nəfərə müayinə və müalicə xidməti göstərilib, 1 nəfərin isə gözündən yad cisim uğurla çıxarılıb. Müayinələr zamanı aşkarlanan patologiyalar üzrə pasiyentlərə müvafiq tibbi tövsiyələr verilib və zəruri hallarda müalicəyə cəlb olunublar.
Qeyd edək ki, aksiya 21 və 22 aprel tarixlərdə də davam etdiriləcək və növbəti günlərdə daha çox vətəndaşın müayinələrə cəlb olunması nəzərdə tutulur.
Bu cür tibbi aksiyalar ölkədə səhiyyə sahəsində həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsi olmaqla əhalinin sağlamlığının qorunmasına göstərilən diqqət və qayğının, eyni zamanda vətəndaşlara göstərilən sosial dəstəyin bariz nümunəsidir. Həmçinin belə aksiyaların keçirilməsi əhalinin sağlamlığının qorunması, erkən diaqnostikanın təşviqi və ixtisaslaşmış tibbi xidmətlərə əlçatanlığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Digər xəbərlər