NAXÇIVAN :

03 May 2026, Bazar

Zəngilanda əmək yarmarkasına 100-dən çox vakansiya çıxarılacaq

...

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi növbəti əmək yarmarkasını Zəngilanın Ağalı kəndində təşkil edəcək.

"Şərq qapısı" xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dekabrın 16-sı saat 11:00-da “Ağalı Hotel”də keçiriləcək yarmarkada 14 işəgötürən tərəfindən həkim, direktor müavini, mühəndis, ofisiant, sürücü, bənna və digər işlər üzrə 100-dən çox vakansiya təqdim olunacaq.

Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə tədbirin iştirakçılarına agentliyin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.

Nəşr edilib : 12.12.2025 16:45