Elçin Əmirbəyov: Orta Dəhlizin əhəmiyyəti daha da ...
14:41 18.04.2026
0
0
0
“Yay düşərgəsi”nin iştirakçıları düşərgənin ikinci günü çərçivəsində Naxçıvanın füsunkar təbiət guşələrindən biri olan Batabat yaylağına ekskursiya ediblər.
"Şərq qapısı" xəbər verir ki, ekskursiya zamanı uşaqlar Zor bulaq adlanan ərazidə olublar, təbiətin gözəlliklərini seyr edib, təmiz dağ havasından zövq alıblar.
Ekskursiyadan sonra iştirakçılar üçün açıq havada piknik təşkil olunub. Onlar həm ləzzətli yeməklərdən dadıblar, həm də bir-biri ilə ünsiyyət quraraq kollektiv ruhda istirahət ediblər. Gündəlik proqram çərçivəsində uşaqlar üçün müxtəlif əyləncəli oyunlar və komanda yarışları keçirilib. Düşərgənin ikinci günü də sevinc dolu anlarla yadda qalıb.
Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində xüsusi kateqoriyadan olan uşaqlar üçün 3 günlük “Zəfər yolunun davamçıları” adlı “Yay düşərgəsi” təşkil olunub.
Digər xəbərlər