NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

“Z nəsli könüllülər: Azərbaycan reallıqları və qarşıda duran vəzifələr” adlı elmi-praktik konfrans baş tutub

...

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə keçirilən “Z Nəsli Könüllülər üçün İntellektual Plan” layihəsi çərçivəsində “Z nəsli könüllülər: Azərbaycan reallıqları və qarşıda duran vəzifələr” adlı elmi-praktik konfrans keçirilib. 

Konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Giriş sözü ilə çıxış edən
layihənin rəhbəri Araz Xəlilov bildirib ki, layihənin əsas məqsədi Z nəsil könüllülərin inkişafı və könüllü fəaliyyətə şüurlu yanaşmasını təmin etmək üçün intellektual planın hazırlanması və icra olunmasından ibarət olunub. Bu gün keçirilən konfransda həmin intellektual planın davamıdır. 

Konfransda Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan Filialının direktoru Arzu Qasımov çıxış edərək ölkədə geniş vüsət alan könüllülük hərəkatından, könüllülərlə görülən işlərdən və qarşıdakı hədəflərdən danışıb, layihənin uğurla başa çatması münasibətilə layihə rəhbəri və komandasını təbrik edib.

Mövzu ətrafında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Həbibə Allahverdiyeva, Naxçıvan Dövlət Universitetinin  Magistratura və Doktorantura Mərkəzinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru Çapay Quliyev, Naxçıvan Müəllimlər İnstitutunun kafedra müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Sevinc Vəliyevanın çıxışları dinlənilib.

Sonra layihə rəhbəri Araz Xəlilov layihə çərçivəsində baş tutan tədbirlərdə fəallıq göstərən 30 nəfərə sertifikat təqdim edib.

Sonda xatirə fotosu çəkdirilib. 

Nəşr edilib : 09.10.2024 11:17