NAXÇIVAN :

24 Yanvar 2026, Şənbə

Yubiley tədbirinin iştirakçıları Ümummilli Liderin abidəsini ziyarət ediblər

...

Dekabrın 5-də görkəmli kimyaçı alim, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi münasibətilə keçirilən tədbirin iştirakçıları Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət ediblər.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Əməkdar incəsənət xadimi, AMEA-nın müxbir üzvü, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Sevda Məmmədəliyeva və digər konfrans iştirakçıları abidə önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini yad ediblər. 
Tədbir iştirakçıları abidə önündə xatirə fotosu çəkdiriblər.

Nəşr edilib : 05.12.2025 16:34