Bu günün valyuta məzənnələri
09:10 20.05.2026
0
0
0
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə “Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi” PHŞ yeni müasir tibbi avadanlıqlarla təmin olunub.
Mərkəzə təqdim edilən süni intellekt dəstəkli ultrasəs sistemi (EXO) müasir texnologiyalara əsaslanaraq diaqnostik imkanların genişləndirilməsinə, müayinə keyfiyyətinin artırılmasına və xəstələrə göstərilən tibbi xidmətlərin daha da təkmilləşdirilməsinə xidmət edəcəkdir.
Bununla yanaşı, mərkəz SWS 4000 A hemodializ cihazı ilə də təmin olunmuşdur. Yeni cihaz vasitəsilə Reanimasiya və Toksikologiya şöbələrində müalicə alan xəstələrə operativ şəkildə tibbi xidmət göstərilməsi, onların digər tibb müəssisələrinə göndərilməsinə ehtiyac yaranmadan yerində müalicəsinin təşkili mümkün olacaqdır.
Digər xəbərlər