NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Yolunuz hər zaman işıqlı olsun, kənd adamları!

...

Ekoloji cəhətdən təmiz, keyfiyyətli ərzaq istehsalı və ərzaq təhlükəsizliyinə verdikləri böyük töhfəyə görə kəndlərimizdə yaşayan, yaradan xanımlara alqış düşür. Onlar olmasa, biz təmiz və dadlı məhsullardan məhrum olarıq. Onlar olmasa, kəndlərimiz yalqızlaşar, çılpaqlaşar. Kəndlərimizə həyat verən onların zəhmətidir. Milli dəyərlərin, adət-ənənələrin yaşadılmasında da kənd qadınlarının rolu danılmazdır. Kəndlərdə yaşayan insanlara sevgi ilə yanaşmaq lazımdır. Kəndlərin varlığını, təbiətini qoruyan onlardır. Hər evdə yanan çıraq kəndin gələcəyinə uzanan işıqlı yoldur. Yolunuz hər zaman işıqlı olsun, kənd adamları!

Nəşr edilib : 16.10.2025 14:34