NAXÇIVAN :

03 Dekabr 2024, Çərşənbə axşamı

"Yolumuz Şuşaya doğru" adlı marafon keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, Şərur Rayon İcra Hakimiyyətinin, Təhsil şöbəsinin, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Yolumuz Şuşaya doğru" başlığı altında marafon yarışı keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə Şərur Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Səfər Hüseynov çıxış edərək bildirib ki, 8 noyabr tarixi Azərbaycan xalqı üçün əlamətdar bir hadisədir. Biz həmin tarixdə uzun illərdən bəri gözlədiyimiz tarixi qələbəni qazandıq. Vətən müharibəsində qazanılan şanlı qələbə zəngin tariximizin ən parlaq səhifəsi, indiki və gələcək nəsillərin hər zaman fəxr edəcəyi və iftixar duyacağı qəhrəmanlıq salnaməmizdir. İcra başçısnın müavini qeyd edib ki, marafonun keçirilməsində məqsəd qələbə əhvali-ruhiyyəsini yaşamaq, igid əsgərlərimiz və qəhrəman şəhidlərimizə hörmət və ehtiramı nümayiş etdirməkdən ibarətdir.

Sonra marafona start verilib. Marafonda 150 nəfərdən çox gənc iştirak edib. Yarış iştirakçıları Şərur şəhərinin mərkəzindən Bayraq Meydanınadək olan məsafəni qət ediblər.

Sonda qaliblər mükafatlandırılıb.

Nəşr edilib : 05.11.2024 16:36