“Azərişıq” rəqəmsal xidmətlərini “mygov” a inteqra...
18:18 14.09.2026
0
0
0
Yeni tədris ilinin başlaması ilə əlaqədar təhsil müəssisələrinin ətrafında nəqliyyat və piyada hərəkətinin intensivliyinin artacağı nəzərə alınaraq yol hərəkəti iştirakçılarına diqqətli olmaları tövsiyə edilib.
“Şərq qapısı” Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, sürücülər, xüsusilə məktəb və digər təhsil müəssisələrinin ətrafında hərəkət zamanı sürət həddinə əməl etməli, piyada keçidlərində uşaqlara yol verməli, sükan arxasında mobil telefondan istifadə etməməli, dayanma və durma qaydalarına riayət etməlidirlər.
Piyadalara isə səkilərdən istifadə etmək və yolu yalnız müəyyən edilmiş piyada keçidlərindən keçmək tövsiyə olunur.
Valideynlərin də uşaqların yolda təhlükəsizliyinə xüsusi diqqət yetirmələri, onlara yol hərəkəti qaydalarını izah etmələri vacibdir.
DİN yeni tədris ilinin təhlükəsiz başlanması üçün bütün yol hərəkəti iştirakçılarını qaydalara məsuliyyətlə yanaşmağa çağırıb.
Digər xəbərlər