Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaş...
23:23 10.02.2026
0
0
0
NAXÇIVAN :
11 Fevral 2026, Çərşənbə
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Naxçıvan şəhərində təşkil olunan yeni il şənliyi və satış yarmarkası xüsusi coşqu və rəngarəngliyi ilə davam edir. Bayram əhvali-ruhiyyəsi şəhərin mərkəzində hiss olunur, ailələr və uşaqlar şənlik ərazisinə axın edərək ilin son gününü xoş ovqatla keçirirlər. Tədbirin təhlükəsiz və problemsiz keçməsi üçün müvafiq dövlət qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Əraziyə nəzər saldıqda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarının ictimai asayişin qorunması, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının isə mümkün risklərin qarşısının alınması üçün ərazidə nəzarəti gücləndirdiyini görürük. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları mümkün qida zəhərlənmələri və digər tibbi müdaxilələr üçün hazır vəziyyətdə saxlanılıb. İnsanların sıx toplaşdığı yarmarka ərazisində ətrafın təmizliyinə nəzarət, sözsüz ki, unudulmamalıdır. Səliqə-sahmanın qorunmasında isə Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinin zəhmətkeş əməkdaşlarının gərgin əməyi də diqqətdən yayınmır.
Sonda qeyd etmək lazımdır ki, Naxçıvan şəhərində Yeni il şənliyinin yüksək səviyyədə və təhlükəsiz şəraitdə keçirilməsi məhz bu görünməyən qəhrəmanların fədakar əməyi sayəsində daha da asanlaşır. Bayramı ailəsi ilə qeyd edən hər bir vətəndaşın rahatlığı, təhlükəsizliyi və sağlamlığı üçün gecə-gündüz demədən çalışan polis əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, Təcili Tibbi Yardım işçiləri və təmizlik idarəsinin zəhmətkeş insanları əsl vətəndaşlıq nümunəsi sərgiləyirlər. Onların səssiz, lakin son dərəcə məsuliyyətli xidməti bayram sevincinin arxasında dayanan böyük əməyin göstəricisidir.
Rafiq TƏHMƏZ
Digər xəbərlər