NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Yemişan mürəbbəsi kim yemiş, kim yeməmiş?

...

Yemişan hələ qədim zamanlardan bəri istifadə edilən və bir dərman qədər müalicəvi təsirə malik olan çox faydalı bitkidir. Yemişanın çiçək, meyvə və yarpaqları şəfa ilə doludur. Tərkibindəki faydalı maddələr səbəbi ilə bədəndəki bir çox xəstəliyin aradan qaldırılması və orqanizmin qorunmasında istifadə olunur. Çox faydalı olan bu bitkinin həm kompotu, həm də mürəbbəsi tərkibindəki faydalı maddələr səbəbi ilə bədəndəki bir çox xəstəliyin aradan qaldırılması və orqanizmin qorunmasında istifadə olunur. Meyvələri adətən oktyabr ayında yetişən yemişandan çox dadlı mürəbbə hazırlanır.

Mütəxəssislər şəkərli diabet xəstələrinə yemişandan istifadə etməyi məsləhət bilirlər. Bu giləmeyvənin həm adi halı, həm də mürəbbəsi maddələr mübadiləsini yaxşılaşdırır, hüceyrələrin qocalmasını ləngidir, beynin qocalmasının qarşısını alır, orqanizmə ödqovucu rolunu oynayır. Ürək əzələsini möhkəmləndirir, təzyiqi salır, damarları genişləndirir, xolesterolun qarşısını alır. Bu mürəbbə həmçinin sinir sistemi üçün də olduqca faydalıdır, əsəbi və gərginliyi azaldır. Qara yemişanın mürəbbəsi isə kapilyar damar xəstəliklərinin sağalmasına səbəb olur.

Aygün RÜSTƏMOVA

Nəşr edilib : 29.10.2024 11:33