NAXÇIVAN :

31 Yanvar 2025, Cümə

Yazıçı-publisist, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Fərəc Fərəcov:

...

"Hamınıza məlumdur ki, yerli özünüidarəetmə təşkilatı hesab edilən bələdiyyələr müstəqil dövlətçiliyimizin həyatında önəmli yer tutur və fəaliyyətlərini ildən-ilə təkmilləşdirir, genişləndirirlər. İnsanların bu yerli özünüidarəetmə qurumuna inamları getdikcə artır. Seçki ərəfəsində namizədlərin keçirdiyi təbliğat-təşviqat kampaniyaları zamanı bunu bir daha hiss etdik. Görüşlərin birində mən də iştirak edib, ürək sözlərimi bildirdim. Yekdil fikir seçkilərin düzgün və mütəşəkkil həyata keçməsinə hədəfləndi. 
Budur, muxtar respublikanın ən iri yaşayış məntəqələrindən sayılan Yaycıda səhərin ilk saatlarından seçki fəallığı hiss olunur. Kəndimizdə 3 məntəqə fəaliyyət göstərir. Mən özüm 2 saylı tam orta məktəbdə yerləşən 6-43 saylı məntəqədə səs verdim. Namizədlər çox idi. Təbii ki, yaxşıları, iş bilən, təşkilatçılıq qabiliyyəti olan namizədləri diqqət mərkəzində saxladım. Namizədlər arasında Yeni Azərbaycan Partiyasını təmsil edənlər də az deyildi. 
Açığını deyim ki, kənd sakinlərinin də, mənim də yenidən formalaşacaq bu təşkilatdan gözləntilərimiz çoxdur. Bacarıqlı bələdiyyə sədri və fəal üzvlər olarsa, çox işlər görmək, çox layihələr həyata keçirmək mümkün olacaq. Bu isə o deməkdir ki, həm camaatımız, həm də dövlətimiz görülən işlərdən faydalanar".

Nəşr edilib : 29.01.2025 10:34