NAXÇIVAN :

06 Fevral 2026, Cümə

Yaxın aylarda Ağdam şəhərinə ilk köçə başlanılacaq

...

Bu ilin payızında Ağdam şəhərinə ilk köçə başlanılacaq.
"Şərq qapısı" xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Bakı-Ağdam qatarının fəaliyyətə başlaması münasibəti ilə keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, Ağdam şəhərində bərpa işləri sürətlə davam edir: "Şəhərdə çox ciddi infrastruktur işləri həyata keçirilir. Ağdam şəhərinə bu il növbəti aylarda, payız aylarında ilk köçə başlanılacaq".
O vurğulayıb ki, gələn ilin sonuna qədər artıq Ağdam şəhərinin tarixi mədəni mərkəzi hissəsi tam bərpa olunacaq və əhalinin istifadəsinə veriləcək.

Nəşr edilib : 30.08.2025 13:55