Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacə...
17:58 22.11.2024
0
0
0
Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. "Şərq qapısı" xəbər verir ki, bu çərçivədə ölkə ərazisində yaşıllıq sahələrinin genişləndirilməsinə, ətraf mühitin qorunmasına və qlobal iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə vermək üçün cari ilin 18-27 oktyabr tarixlərində respublikanın şəhər və rayon icra hakimiyyətləri tərəfindən "Yaşıl bir dünya üçün həmrəy olaq!" şüarı altında 1 milyon 611 min ağac (həmişəyaşıl, meşə və meyvə ağacları, dekorativ kollar) əkilməsi nəzərdə tutulub.
Bu gündən start götürən aksiyada Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində 500-dən artıq müxtəlif növ ağac fidanları əkilib və suvarılıb. Oktyabr ayının 27-nədək davam edəcək aksiya zamanı 10.000-dən artıq ağac və gül kollarının əkilməsi nəzərdə tutulub.
Digər xəbərlər