Azərbaycanın xarici işlər nazirinin müaviniABŞ-nin...
19:23 08.09.2026
0
0
0
“ƏDV geri al” layihəsi çərçivəsində yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 23,2 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb.
Dövlət Vergi Xidmətindən bildirilib ki, Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurla davam etdirilir.
Bu ilin yanvar-avqust ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 23 milyon 206,73 min manat təşkil edib.
Digər xəbərlər