Misli Premyer Liqasında XXXII tur davam edir
22:13 27.04.2025
0
0
0
NAXÇIVAN :
27 Aprel 2025, Bazar
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat institutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Elxan Yurdoğlu növbəti imza günündə oxucuları ilə bir araya gəlib.
Aprel ayının 26-da Adil Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasında Elxan Yurdoğlunun yeni nəşr olunmuş iki kitabının təqdimatı və imza günü keçirilib.
“Yaşadıqca yazmaq və yazdıqca yaşamaq” və “Mən sözə söykənmişəm” adlı iki fundamental kitablarını geniş ictimaiyyətə təqdim edən müəllifin yüzlərlə oxucusu həmin gün imza üçün bir yerə toplaşıblar.
Təqdimatı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Elxan Yurdoğlunun həm də ciddi alim xarakterindən, araşdırıcı özəlliklərindən söz açıb.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair-dramaturq Asim Yadigar və digər çıxış edənlər Elxan Yurdoğlunun kitablarının fərqli məziyyətləri, həmçinin onun şair kimi özünəməxsusluğundan bəhs edib.
Tədbirin sonunda Elxan Yurdoğlu belə bir gündə onu tək qoymayan oxucularına öz təşəkkürünü bildirərək kitablarını imzalayıb.
Qeyd edək ki, bu kitablar yazarın 2015-ci ildən 2024-cü ilə kimi mətbuatda çıxan məqalələr, resenziyalar, müsahibələr, ayrı-ayrı kitablar haqqında yazdığı ön sözlər və eyni zamanda onun kitabları haqqında yazılmış resenziyalardan ibarətdir.
“Yaşadıqca yazmaq, yazdıqca yaşamaq” 510, ”Mən sözə söykənmişəm” kitabı isə 533 səhifədən ibarətdir. Bu sayca şairin 18-ci kitabıdır.
Digər xəbərlər