NAXÇIVAN :

23 Fevral 2025, Bazar

Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya

...

Əlahəzrət.
Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Yaponiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Nəşr edilib : 23.02.2025 12:14