"Dəmir Yumruq Alfa -A" Cəmiyyətinin üzvləri Orduba...
19:57 20.04.2025
0
0
0
NAXÇIVAN :
20 Aprel 2025, Bazar
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
"Şərq qapısı" xəbər verir ki, 2025-ci ilin yanvar ayı ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 9620 zəng dахil оlub, zənglər dərhal aidiyyəti üzrə ötürülüb.
Daxil olan zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən 18 yanğın hadisəsinə çıxış olub. 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Muxtar respublikanın 6 fərqli ərazisində döyüş sursatları tapılıb və zərərsizləşdirilməsi istiqamətində müvafiq tədbirlər görülüb.
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə 23 idarə, müəssisə və təşkilatlarda ümumilikdə 921 nəfərin iştirakı ilə silsilə tədbirlər keçirilib.
Yanğın təhlükəsizliyinin etibarlı təmin olunması, yanğına qarşı vəziyyətin yaxşılaşdırılması məqsədilə yoxlamalar və digər tədbirlər həyata keçirilib, müxtəlif obyektlərdə texniki təhlükəsizliyin təmin edilməsi məqsədilə texniki baxışlar, nəzarət və maarifləndirmə-profilaktika işləri aparılıb. Eləcə də, müxtəlif tikinti obyektlərində və layihələrdə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı tədbirlər icra edilib.
Digər xəbərlər