Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram...
22:55 20.09.2026
0
0
0
Xocalı rayonunun Daşkənd kəndi ərazisində baş verən mina hadisəsi nəticəsində xəsarət alan 1990-cı il təvəllüdlü şəxs Xankəndi Şəhər Mərkəzi Xəstəxanasından daha ixtisaslı tibbi xidmət almaq üçün sentyabrın 10-u saat 10:30-da Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə təxliyə olunub.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Bildirilib ki, sol aşıq baldır oynağı nahiyəsinin travmatik amputasiyası diaqnozu təyin edilən pasiyent üzərində hazırda əməliyyat icra olunur.
10:10
İşğaldan azad edilmiş Xocalı rayonunun Daşkənd kəndi ərazisində bu gün mina hadisəsi baș verib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Bildirilib ki, agentliyin əməkdaşı, 1990-cı il təvəllüdlü Anar İftixar oğlu Həsənov xidməti vəzifəsini yerinə yetirərkən piyadaəleyhinə mina partlayışı baş verib və o, hadisə nəticəsində sol ayağından xəsarət alıb.
Anar Həsənov rayon xəstəxanasına təxliyə edilib, onun əziyyəti qənaətbəxşdir.
Digər xəbərlər