Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sa...
19:20 06.06.2026
0
0
0
NAXÇIVAN :
06 Iyun 2026, Şənbə
İyunun 5-də Azov dənizində dron hücumları nəticəsində “Natra” və “Zirkon” yük gəmilərində həlak olmuş və yaralanmış Azərbaycan Respublikası vətəndaşlarının sayı və kimlikləri dəqiqləşdirilib. Yenilənmiş məlumata əsasən, ümumilikdə, 25 nəfər Azərbaycan vətəndaşından 4 nəfər yaralanıb, 4 nəfərin isə həlak olduğu bildirilir. İlkin olaraq vəfat etdiyi elan olunmuş digər bir şəxsin isə Azərbaycan vətəndaşı və azərbaycanəsilli deyil, Rusiya vətəndaşı olduğu müəyyənləşib.
"Şərq qapısı" xəbər verir ki, həlak olmuş vətəndaşlarımız 1976-cı il təvəllüdlü Rəcəb Əhədovun və 1997-ci il təvəllüdlü Məhəmməd Əliyevin cəsədləri aşkarlanıb və cənazələrin ölkəmizə göndərilməsi istiqamətində tədbirlər görülür. Qeyd edək ki, həlak olduğu bildirilən digər iki vətəndaşımızın heyətində olduqları “Zirkon” gəmisi partlayış təhlükəsi olduğuna görə vurulduğu yerdə saxlanılıb. Rusiyanın xilasedici qrupları tərəfindən gəminin limana gətirilməsi üçün təhlükəsizlik tədbirləri görülür. Yalnız axtarış tədbirləri yekunlaşandan sonra iki vətəndaşın aqibəti barədə dəqiq məlumatın verilməsi mümkündür.
Yeysk şəhər xəstəxanasına yerləşdirilmiş yaralılar 1998-ci il təvəllüdlü Samid İbadzadə və Rəşad Mədətxanov artıq xəstəxanadan çıxarılıb. 2002-ci il təvəllüdlü Emin Valehov və 1999-cu il təvəllüdlü Namiq Cəfərlinin də vəziyyətləri yaxşıdır və onlar müalicələrini tamamladıqdan sonra xəstəxanadan buraxılacaqlar.
“Rusiyadakı səfirliyimizin əməkdaşları ərazidədir və vətəndaşlarımıza zəruri dəstəyin göstərilməsi istiqamətində tədbirlər görülür. Bütün vətəndaşlarımız Yeysk şəhərində mehmanxanada yerləşdirilib və ailələri ilə təmasdadırlar. Vətənə qayıtmaq niyyətində olan və sənədləri itmiş vətəndaşlarımız müvafiq qayıdış şəhadətnamələri ilə təmin olunublar.
Həlak olanların ailələrinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı veririk”, - deyə nazirlikdən bildirilib.
Digər xəbərlər