NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir

...

Azərbaycan Rusiya hüquq mühafizə orqanları tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı günahkarların cəzalandırılacağını gözləyir.

"Şərq qapısı" xəbər verir ki, bu barədə XİN-ə çağırılan Rusiyanın səfiri Mixail Yevdokimovla nazir müavini Araz Əzimovun görüşündə deyilib.

Məlumatda qeyd olunub ki, Rusiya hüquq mühafizə orqanları tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı Rusiya tərəfindən hərtərəfli və obyektiv araşdırma aparılacağını və günahkarların cəzalandırılacağını Azərbaycanın gözlədiyi bir daha diqqətə çatdırılıb:

“Bununla bağlı Azərbaycan tərəfinin mövqeyinin Rusiyanın daxili işlərinə müdaxilə kimi qələmə verilməsinin əsassız olduğu qeyd edilib”.

Nəşr edilib : 02.07.2025 17:29