NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Xəstəliyə və ya xəsarətə görə xəstəlik vərəqələrinin tərtibatında dəyişiklik edilib

...

Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimatda dəyişiklik edilib.

"Şərq qapısı" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla təlimata əlavə edilən yeni hissəyə görə, sığortaolunanın xəsarət nəticəsində əmək qabiliyyətini müvəqqəti itirməsi

ilə bağlı tibb müəssisəsi tərəfindən hüquq mühafizə orqanına məlumat verildiyi hallarda, bu barədə xəstəlik vərəqəsində müvafiq qeyd aparılacaq.

Nəşr edilib : 02.02.2026 10:16