NAXÇIVAN :

20 Aprel 2026, Bazar ertəsi

Xarici ölkələrdə mütəşəkkil cinayətkar qruplaşmaların qanunsuz miqrasiya fəaliyyətində iştirak edən azərbaycanlılar kimlərdir? - DTX müəyyən etdi

...

“AnewZ” televiziya kanalında və AzTV-də Dövlət Təhlükəsizliyi Xidməti ilə “AnewZ” televiziya kanalının birgə layihəsi olan “Yolun yarısında” adlı sənədli film nümayiş etdirilib. “Şərq qapısı” xəbər verir ki, filmdə Azərbaycan Respublikasının vətəndaşlarının xarici ölkələrin ərazisində mütəşəkkil cinayətkar qruplaşmaların insan qaçaqçılığı və qanunsuz miqrasiya fəaliyyətində iştirakından bəhs edilir. Xarici ölkələrdə azərbaycanlılar niyə saxlanılıb? Qanunsuz miqrasiyanın təşkilində iştirak edən kimlərdir? “Yolun yarısında” adlı sənədli filmdə bu suallara aydınlıq gətirilir.

Nəşr edilib : 28.03.2026 21:50