NAXÇIVAN :

26 Noyabr 2024, Çərşənbə axşamı

Xarici dövlət dövriyyəsi azalıb

...

2024-cü ilin yanvar-avqust aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 87 milyon 213 min 910 ABŞ dolları təşkil edib.
Naxçıvan Muxtar Respublika Dövlət Statistika Komitəsindən "Şərq qapısı"na verilən xəbərə görə, ticarət dövriyyəsinin 7 milyon 287 min 500 dollarını və ya 8,4 faizini ixrac olunmuş məhsulların, 79 milyon 926 min 410 dollarını və ya 91,6 faizini isə idxal məhsullarının dəyəri olub. 2023-cü ilin yanvar-avqust ayıları ilə müqayisədə xarici ticarət dövriyyəsi 16,1 faiz, o cümlədən ixrac 30,0  faiz, idxal 14,6 faiz azalıb.
Həmçinin, 2024-cü ilin yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 122 milyon 465 min 600 manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz çoxdur.

Nəşr edilib : 11.09.2024 14:44