NAXÇIVAN :

20 Aprel 2026, Bazar ertəsi

Xalq artisti Rasim Balayevin nəşi Bakıya gətirilib

...

Azərbaycanın Xalq artisti Rasim Balayevin nəşi dövlətimizin dəstəyi ilə martın 30-da Türkiyədən Vətənə gətirilib. Ötən gün Rasim Balayev İstanbulda müalicə aldığı "Memorial" xəstəxanasında vəfat edib.

"Şərq qapısı" xəbər verir ki, mərhumun cənazəsi ailəsinə təhvil verilib.

Rasim Balayevlə vida mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olacaq. Daha sonra görkəmli sənətkar I Fəxri xiyabanda torpağa tapşırılacaq.

Nəşr edilib : 30.03.2026 08:00