NAXÇIVAN :

10 Mart 2025, Bazar ertəsi

"X" sosial şəbəkəsində genişmiqyaslı nasazlıqlar müşahidə edilir

...

"X" sosial şəbəkəsinin bir sıra ölkələrdən olan istifadəçiləri xidmətin genişmiqyaslı nasazlıqlarından şikayət edirlər.

"Şərq qapısı" xəbər verir ki, ən çox şikayət Yaponiyadan - 87,97 min, ABŞ-dən (21,21 min) və Böyük Britaniyadan (10,84 min) daxil olub.

Əhəmiyyətli nasazlıqlar Almaniya, Fransa, Niderland, İtaliya, Kanada, İspaniya, Türkiyə və bir sıra digər ölkələrdə qeydə alınıb.

İstifadəçilərin əksəriyyəti tətbiqin işində, veb-saytda və serverlə bağlantıda xətalar barədə şikayət edib.

Nəşr edilib : 10.03.2025 16:13