NAXÇIVAN :

03 May 2026, Bazar

WWF Zəngəzur Milli Parkında məskunlaşan bəbirlərin görüntüsünü paylaşıb

...

Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin rəsmi sosial hesabında Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında məskunlaşan bəbirlərin görüntüsü paylaşılıb.

Paylaşımda deyilir: Zəngəzur Milli Parkındakı digər ana bəbir də 2 bala böyüdür. Onun adını əməkdaşlarımız Qəmzə qoyublar. 

İzləyicilərimiz tez-tez yazırlar ki, niyə bu qədər materialla biz heyvanların həyatından sənədli film çəkmirik. Bildirmək istərdik ki, bizim hazırkı proqramımıza populyasiyaların monitorinqi, dinamikasının izlənilməsi, vəziyyətin analizi və onun əsasında doğru qərarların verilməsi daxildir. Hazırda ərazidə 120-dən artıq kameramız çalışır və bu illər ərzində yüz minlərlə foto və video kadrımız toplanmışdır. Bu sahədə tədqiqat aparmaq istəyən magistr və doktorantlara dəstək olmağa hazırıq.

Nəşr edilib : 27.11.2025 14:52