Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sa...
19:20 06.06.2026
0
0
0
NAXÇIVAN :
07 Iyun 2026, Bazar
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi son onilliklərdə artıq bir ənənəyə çevrilib. Bu gün ölkəmiz təkcə regionun deyil, bütövlükdə, Avrasiya məkanının mühüm diplomatik və beynəlxalq tədbir mərkəzlərindən biri sayılır. Azərbaycanın beynəlxalq forumlara uğurla ev sahibliyi edən, yüksək təşkilatçılıq qabiliyyəti ilə seçilən və qlobal dialoq məkanına çevrilən dövlət kimi qəbul olunması təsadüfi tendensiya yox, gərgin, sistemli zəhmət sayəsində formalaşmış strateji reallıqdır.
Ölkəmizin qazandığı beynəlxalq nüfuz, etimad və təşkilatçılıq təcrübəsi uzun illər aparılan ardıcıl siyasətin nəticəsidir. Bunların arasında Bakı Humanitar Forumu, Qlobal Bakı Forumu, I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Qoşulmama Hərəkatının Zirvə Görüşü və nəhayət, dünya miqyaslı iqlim tədbiri olan COP29 kimi mötəbər tədbirlər Azərbaycanın qlobal əhəmiyyətli məsələlərin müzakirə olunduğu mühüm ünvanlardan birinə çevrildiyini göstərir. Bu tədbirlər həm də respublikamızın dünya diplomatiyasındakı çəkisini və multikultural dəyərlərə sadiqliyini nümayiş etdirir.
Dünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi də ölkəmizin beynəlxalq tədbirlərin təşkili sahəsində yüksək təşkilati imkanlara malik olduğunu göstərir. Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) Bakıda keçirilməsi, eyni zamanda, Azərbaycanın son illərdə şəhərsalma istiqamətində apardığı genişmiqyaslı işlərin beynəlxalq səviyyədə tanınmasına səbəb olacaq. 182 ölkədən 45 mindən artıq iştirakçının qatıldığı bu tədbir Azərbaycan üçün təkcə nailiyyətlərini sərgiləmək imkanı deyil, həm də gələcəkdə qlobal iqlim dəyişikliklərinə, şəhər mühitinin idarə edilməsinə və dayanıqlı inkişaf hədəflərinə cavab verəcək yeni beynəlxalq tərəfdaşlıqlar qurmaq baxımından əhəmiyyətli platforma olacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forumda çıxşı zamanı dediyi kimi :” Biz yəqin ki, qeydiyyatdan keçmiş iştirakçıların rekord sayına nail olduq. Bu səhər mənə verilən məlumata görə, 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış iştirakçımız var. Bununla belə bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və ümid edirəm ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq. Düşünürəm ki, Bakıda bu günlər ərzində, ilk dəfə ölkəmizə səfər edən qonaqların əksər hissəsi ölkəmizi və şəhərimizi daha yaxşı tanımaq, şəhərsalmanın inkişafı sahəsində Azərbaycanda görülən işləri öz gözləri ilə görmək imkanını qazanacaqlar”.
WUF13 Azərbaycanın yeni dünya nizamında artan beynəlxalq rolunun və siyasi nüfuzunun növbəti təqdimatı olacaq. Forum ölkəmizin qlobal şəhərsalma gündəliyində mövqeyini gücləndirməklə yanaşı, regionda dayanıqlı və “ağıllı” şəhərsalma modellərinin təşviqi baxımından da mühüm əhəmiyyət daşıyır.
Aysel DÜNYAMALIYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər