NAXÇIVAN :

20 May 2026, Çərşənbə

WUF13-də Azərbaycan xalçaları və milli mahnılarımız

...

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində Azərbaycanın gənc müğənnilərinin ifasında milli mahnılarımız ifa edilib. Qonaqlar ölkəmizin musiqi irsi ilə yaxından tanış olublar.

"Şərq qapısı" xəbər verir ki, çıxışlar tədbirin mədəni proqramının bir hissəsi olub və forumun beynəlxalq iştirakçıları arasında böyük maraq doğurub. Tamaşaçılar ənənəvi musiqi və müasir ifa vasitəsilə yaradılan birlik və mədəni mübadilə ab-havasını qeyd ediblər.

Nəşr edilib : 20.05.2026 12:15