Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görü...
20:11 21.05.2026
0
0
0
NAXÇIVAN :
21 May 2026, Cümə axşamı
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “BMT-nin 2026-cı il Su Konfransı Şəhər mənzillərinin yol xəritəsi” adlı tədbir keçirilib.
“Şərq qapısı” xəbər verir ki, tədbirdə Bakıdan Əbu-Dabiyə qədər mənzil və şəhər xidmətləri üzrə inteqrasiya olunmuş yol xəritəsi müzakirə edilib. Sessiyada su təchizatı, sanitariya, mənzil, torpaq idarəçiliyi və qeyri-formal yaşayış məntəqələrinin transformasiyası dayanıqlı şəhər inkişafının əsas istiqamətləri kimi diqqət mərkəzində olub.
Tədbirin moderatoru Milli Su və Kanalizasiya Korporasiyasının Biznes və Elmi Xidmətlər üzrə baş direktoru Rose Kaggva olub. Açılış nitqi ilə BMT Baş katibinin müavini və UN-Habitat-ın icraçı direktoru BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax çıxış edərək bildirib ki, mənzil urbanizasiyanın əsas hərəkətverici qüvvələrindən biridir. Buna görə də mənzil siyasəti, şəhər planlaşdırılması və su təminatı birgə və koordinasiyalı şəkildə həyata keçirilməlidir.
“Bu problemlərin əksəriyyəti birbaşa su sektoru ilə və ya ənənəvi olaraq su sahəsində aparılan müzakirələrlə bağlı olmasa da, onların su təhlükəsizliyinə ciddi təsiri var.
Burada, xüsusilə şəhərsalma və torpaq istifadəsinin planlaşdırılması mühüm rol oynayır. Torpaqdan istifadənin ekoloji və sosial baxımdan dayanıqlı şəkildə təşkili həm insanların yaşayış şəraitinin yaxşılaşdırılmasına, həm də su resurslarının daha səmərəli idarə olunmasına töhfə verə bilər”,- deyə o diqqətə çatdırıb.
Onun sözlərinə görə, hazırda dünyada təxminən 2 milyard insanın təhlükəsiz və adekvat suya çıxışı yoxdur. “Eyni zamanda, gecəqondularda yaşayan 1 milyard insanın da əsas su xidmətlərinə ehtiyacı var”.
Asiya İnkişaf Bankının (ADB) Su təchizatı və şəhər inkişafı şöbəsinin rəhbəri Norio Saito qeyd edib ki, Asiya və Sakit Okean regionunda fəaliyyət göstərdikləri bir çox ölkədə əsas problemlərdən biri maliyyə dayanıqlığıdır.
O bildirib ki, subsidiyalar çox vaxt real xərcləri qarşılaya bilmir və nəticədə insanlar davamlı şəkildə subsidiyalardan asılı vəziyyətə düşürlər.
“Daha çox su istifadə edənlər adətən maddi imkanları daha geniş olan təbəqələrdir. Buna görə də su istifadəsi, subsidiyaların bölüşdürülməsi məsələlərinə daha diqqətli və ədalətli yanaşmaq vacibdir”,- deyə o diqqətə çatdırıb.
O qeyd edib ki, hər hansı infrastruktur sisteminin təkmilləşdirilməsi zamanı bərk tullantıların idarə olunması məsələsinə də diqqət yetirilməlidir.
“Çünki düzgün idarə olunmayan tullantılar həmin sistemlərin fəaliyyətinə maneə yarada bilər. Layiqli və əlverişli mənzil yalnız yaşayış sahəsi ilə məhdudlaşmır. Mənzil su, sanitariya və enerji kimi əsas xidmətlərlə təmin olunmadıqda tam dəyərli hesab edilə bilməz. Bu səbəbdən mənzil siyasəti ilə əsas xidmətlər arasında əlaqə xüsusi əhəmiyyət daşıyır”,- deyə diqqətə çatdırıb.
Çıxış edən Gecəqondu Sakinlərinin Beynəlxalq Təşkilatının xüsusi nümayəndəsi Rose Molokoane qeyd edib ki, bir çox icmalarda insanlar hələ də təhlükəsiz içməli suya çıxışdan məhrumdurlar və çirklənmiş su mənbələrindən istifadə etməyə məcbur qalırlar.
O qeyd edib ki, beynəlxalq səviyyədə su təhlükəsizliyi ilə bağlı müxtəlif çağırışlar səslənsə də, bəzi icmalar gündəlik həyatda ən əsas su ehtiyaclarını belə qarşılaya bilmirlər.
“Əsas xidmətlərlə bağlı siyasətlər hazırlanarkən kənd icmalarının, qeyri-rəsmi yaşayış məskənlərində yaşayan insanların və digər həssas qrupların real problemləri daha çox nəzərə alınmalıdır. Hökumətlərlə icmalar arasında daha güclü əməkdaşlıq qurulmalı, qərarların qəbulunda yerli insanların təcrübəsi və ehtiyacları nəzərə alınmalıdır”,- deyə o əlavə edib.
Sessiya müzakirələrlə davam edib.
Digər xəbərlər