NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

Vyetnam Sosialist Respublikasının Prezidenti Zati-aliləri cənab To Lama

...

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost Vyetnam xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələrinin xoş ənənələri mövcuddur. Dövlətlərarası münasibətlərimizin yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması məmnunluq doğurur. Beynəlxalq təşkilatlar çərçivəsində uğurlu birgə fəaliyyətimiz və qarşılıqlı dəstəyimiz də bizi sevindirir.

Siyasi münasibətlərimizin yüksək səviyyəsi və fəal dialoqumuz bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, mədəni-humanitar, təhsil və digər sahələrdə səmərəli əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı zəmin yaradır.

İnanıram ki, sağlam təməllər üzərində qurulmuş, qarşılıqlı inam və etimada əsaslanan Azərbaycan-Vyetnam dostluq əlaqələrinin daha da inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Vyetnam xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 avqust 2024-cü il

Nəşr edilib : 02.09.2024 11:38