Prezident İlham Əliyev və birinci xanım Mehriban Ə...
10:35 12.12.2024
0
0
0
NAXÇIVAN :
12 Dekabr 2024, Cümə axşamı
Azərbaycan Voleybol Federasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyinə həsr olunmuş yeniyetmə qızlar arasında voleybol üzrə “Muxtariyyət kuboku” uğrunda birincilik keçirilir.
Yarışda ölkə komandaları ilə yanaşı, qardaş Türkiyənin Əskişəhər və İğdır şəhərlərinin komandaları da iştirak edir. Onlar öz təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşüblər.
Ezel Atlı bildirdi ki, DSİ BENTSPOR klubu olaraq yarışda iştirak edirlər: “8 ildir, voleybolla məşğul olduğuma baxmayaraq, bu gün çox həyəcanlı və xoşbəxtəm. Bu yarışın Naxçıvanda keçirilməsi bizim üçün qürurvericidir. Düşünürəm ki, bu yarış bizim üçün çox yaxşı təcrübə olacaq. Bu yarışın keçirilməsində əməyi keçən hər kəsə minnətdarıq. Bizimlə bərabər iştirak edən bütün iştirakçılara uğurlar arzu edirəm”.
İğdır Gənclik Mərkəzinin İğdır idman klubunun üzvü Bengisu Karadağ: "16 yaşım var, artıq 3 ildir ki, voleybolla məşğul oluram. Bugünkü yarışın bizim üçün əhəmiyyəti böyükdür. Yarışda əlimizdən gələni edəcəyik. Qalibiyyət uğrunda mübarizə aparan digər voleybolçu xanımlara uğurlar arzu edirəm. Güclü olan qazansın".
Şərqi Zəngəzur regional voleybol klubunun voleybolçusu Mehriban Əhmədova ilə də həmsöhbət olduq: "Bu yarışın Naxçıvanda keçirildiyini öyrənəndə çox xoşbəxt olduq. Çünki hər zaman bu diyar mənə maraqlı gəlirdi. İnşallah, gələcəkdəki oyunlara da Şərqi Zəngəzur yolu ilə Naxçıvanda qonaq olarıq. Bugünkü yarışda komandamız yaxşı oyun nümayiş etdirərək qalibiyyət uğrunda mübarizəyə qoşulacaq. Bütün iştirakçılara uğurlar arzulayıram”.
Bülbül QULİYEVA
Digər xəbərlər