NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Voleybol üzrə "Muxtariyyət kuboku" uğrunda birincilik keçirilir

...

"Şərq qapısı" xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə  Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyinə həsr olunmuş yeniyetmə qızlar arasında voleybol üzrə “Muxtariyyət kuboku” uğrunda birincilik tədbiri keçirilir. 
Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən yarışda U-16 Azərbaycan millisi, Gəncə, Sumqayıt, Tovuz, Şərqi Zəngəzur Regional Voleybol klubları, qardaş Türkiyənin Əskişəhər və İğdır şəhərlərinin komandaları və "Naxçıvan" komandası iştirak edir. 
Yarış 3 gün davam edəcək.
Qeyd edək ki, ilk görüşdə "Naxçıvan" və "Sumqayıt" komandaları qarşılaşır.

Bülbül QULİYEVA

Nəşr edilib : 04.09.2024 10:43