Diplomatik korpusun nümayəndələri Laçında
12:11 02.05.2026
0
0
0
NAXÇIVAN :
02 May 2026, Şənbə
Aprelin 28-də Milli Məclisin İnsan hüquqları komitəsinin videokonfrans formatında iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, komitə sədri Zahid Oruc gündəliyə bir məsələnin - “Vətəndaşların müraciətləri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini söyləyib.
Məsələ barədə məlumat verən komitə sədri bildirib ki, qanun layihəsində edilən dəyişikliklərin əsas məqsədi elektron hökumət mexanizmlərinin hüquqi əsaslarını daha da təkmilləşdirmək, dövlət idarəçiliyində operativliyi və səmərəliliyi artırmaqdır. Layihə vətəndaş müraciətlərinin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən daha çevik və şəffaf idarə olunmasını, xidmət keyfiyyətinin yüksəldilməsini və rəqəmsallaşma prosesinin gücləndirilməsini nəzərdə tutur. Eyni zamanda, qanun layihəsində edilən dəyişikliklər təkrar xarakterli müddəaların aradan qaldırılmasına və prosedurların optimallaşdırılması ilə dövlət tənzimlənməsinin daha səmərəli həyata keçirilməsinə xidmət edəcək.
Müzakirələrdə komitənin üzvləri çıxış edərək qanun layihəsinə dair fikirlərini səsləndirib, qeyd və təkliflərini irəli sürüblər.
Müzakirələrdən sonra onlayn iclasın gündəliyində olan qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Digər xəbərlər