Rusiya İstintaq Komitəsi AZAL-ın təyyarəsinin qəza...
22:01 15.01.2025
0
0
0
NAXÇIVAN :
15 Yanvar 2025, Çərşənbə
Ülvi Rəfail oğlu Rəfiyev
(16.08.1996-25.10.2020)
Ülvi 16 avqust 1996-cı ildə Ordubad rayonunda anadan olmuşdu. Orta təhsilini Bakı şəhərində almışdı. Ülvi çox bacarıqlı, ağıllı idi. Üç yaşından bağçaya getməyə başladı. O, demək olar ki, bağçanın bütün tədbirlərində iştirak edirdi. Ülvinin həm də rəqs etmə bacarığı var idi. Bir neçə beynəlxalq tədbirlərə qatılmışdı. Hətta yarımfinala qədər yüksəlmişdi.
2013-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil oldu. Həmin gün sevinə-sevinə evə gəldi. Dedi, ana, nə yaxşı ki, bu universiteti seçmişəm. Çünki universitetimizin rəqs qrupları da vardır, həmin rəqs qruplarında qeydiyyatdan keçdim. Orada həm oxuyub, həm də rəqsimə davam edəcəyəm. Balam elə gözəl rəqs edirdi ki... Onun rəqsləri hamının könlünü oxşayırdı. Ülvi rəqs edəndə elə bil, qanadlı quş idi. Sanki uçurdu.
2017-ci ildə Ülvi hərbi xidmətə yollandı. 2018-ci ildə hərbi xidmətini bitirib geri döndü. Sonra mənə dedi ki, ana, mən əsgərlikdə snayperçi olmaq istəyirdim. Amma siz buna imkan vermədiniz. Düzdür, mən qoymadım. Çünki çox qorxurdum. İçimdə bir sıxıntı var idi.
Sonra Ülviyə nişan apardıq. Sevdiyi qızla nişanladıq oğlumu. 2020-ci ilin iyun ayının 25-də üzüklərini taxdıq. Çox xoşbəxt idi mənim balam. Lakin xoşbəxtliyi sonacan yaşamaq nəsib olmadı. Bilmədim ki, bu onun son gedişidir.
Sentyabrın 21-i təlimlər başladı. Çox yalvardım Ülviyə. Dedim, oğul, qardaşın əsgərdi. Sən getmə, nişanlısan, toyuna hazırlaşırıq. Dedi, ana, mən getməyim, o getməsin, bəs kim gedəcək? Vətənimizi kim qoruyacaq? Ülvi nişan üzüyünü, qol saatını ovcuma qoydu. Dedi, ana, sən bunları yaxşı saxla. İnşallah, qayıdaram. Görüşüb, sağollaşıb getdi Ülvi.
Son görüşüm oldu balamla. Nişanının 4-cü ayının tamamında Ülvi şəhid oldu. Canımdan can getdi. Məni, atasını, qardaşını, nişanlısını Vətənə dəyişdi.
Digər xəbərlər